::  Ana səhifə  ::  Chat  ::  Forum  ::  Mp3  ::  TV  :: Qiriş ::  Çixiş :: 
  Поиск :     
 
Меню сайта
Категории раздела
Filmler [2]
Oyunlar [3]
Auto [3]
Heberler [9]
Agcabədi [1]
Mobil telefonlar [6]
Music [3]
Наш опрос
Saytim xosunuza qelir?
Всего ответов: 85
Статистика

Onlayn: 1
Qonag: 1
Istifadeci: 0
Рекламный блок
Sayt satilir 50 azn elaqe : Emil (051)701-47-20 & (070)906-50-70

Əhali

Əhali haqqında daha geniş statistik məlumat



Əhalinin ümumi sayı 135550
Şəhər əhalisinin sayı, [%] 31.2381
Kənd əhalisinin sayı, [%] 68.7619
Əhalinin orta sıxlığı 61.268750
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.6490
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.3510
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 37.1575
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 9.933
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 49.9940
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 7.8510
Ali təhsilli əhalinin sayı, [%] 4.728
Orta təhsilli əhalinin sayı, [%] 34.7760
Məskunlaşmış qaçqınların sayı 223
Məskunlaşmış məcburi köçkünlərin sayı 18431

Ərazisi

Ərazisi haqqında statistik məlumatlar

Ümumi ərazi, [kv.km] 1760.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 815.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 298.28
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 600.29
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 553.75
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 8815.29
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 79.35

Sərhəd rayonlar, ölkələr və ərazilər

Bərdə, Zərdab, Ağdam, Xocavənd, Beyləqan

Erməni işğalı nəticəsində dağıdılmış abidələr

Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.

Coğrafi mövqeyi

Ağcabədi rayonunun relyefi düzənlikdir, şimal-şərqdən cənub-qərbə doğru tədricən yüksəlir, ərazinin səthi Aptropoden sisteminin kontinental - Allüduar və dəniz çöküntülərindən təşkil olunmuşdur. Gil yatağı var. İqlimi mülayim, isti və quru subtropiktdir. Orta aylıq temperatur yanvarda 1,2 - 1,7 C, avqustda isə 25-30 C-dir. Şimal-şərq sərhəddi ilə təqribən 45 km məsafədə Kür çayı, mərkəzi hissədə Qarqar çayı axır. Rayon ərazisindən Yuxarı Qarabağ və Orcenikidze adlı kanallar keçir. Ərazidə şor sulu göllər var. Boz-çəmən, boz, çəmən-boz torpaqlar yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahəsinə də təsadüf olunur. Rayonda meliorasiya işləri tətbiq olunur.


Tarixi

Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.

Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycan Respublikasının qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları - Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil olunub, 1963-cü ildə ləğv olunub, Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.

Yerli Media

Ağcabədi rayonunda AzTV-1 Dövlət televiziyasının, Spase telekanalının müxbir postları yerləşir. Rayonda 1932-ci ildən "Aran" qəzeti nəşr olunur.

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi ölkənin əsas pambıqçılıq rayonlarındandır. Həmçinin, taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf etmişdir. Rayonda pambıqtəmizləmə və yağ-pendir zavodları, istehsal kombinatı vardır.

Tarixi və memarlıq abidələri

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları mövcuddur.

  • Tarixi abidələr:
    • Eneolit dövrünün qalıqları: qəbiristanlıq təpə kurqanı və yaşayış yeri, Kiçik yaşayış yeri (Boyad kəndi), Yastıtəpə yaşayış yeri (Hindarx kəndi), Əhənglitəpə, Keşaltıtəpə, Cəfərqulutəpə, Hüsülütəpə (Hacılar kəndi), Kamiltəpə yaşayış yeri, Şaxtəpə yaşayış yeri (Yeni Qaradolaq kəndi), Sutəpə yaşayış yeri, Canavartəpə (Taynaq kəndi), I və II Mirvaritəpə, Qətiltəpə, Əbiltəpə I və Əbiltəpə II, Məhəmmədtəpə (İmamqulubəyli kəndi), Ağtəpə (Taynaq kəndi).
    • Tunc dövrünün qalıqları: Kültəpə, Sarıbaştəpə, Üçtəpə, Şaxtəpə (Ağcabədi şəhəri), Qışaltıtəpə, Qəbiristanlıq təpə, Qalatəpə (Boyad kəndi), Yolaşantəpə (Gələbədin kəndi), Qazantəpə kurqanı, Görüştəpə kurqanı, Qəbiristanlıq təpə kurqanı, Qasımtəpə kurqanı, Quştəpə kurqanı, Adsız kurqanlar, Hüseynbəy kurqanı (Hindarx kəndi), Sümüklü təpə (Cəfərbəyli kəndi), Yantəpə yaşayış yeri, Sutəpə yaşayış yeri (Taynaq kəndi), Böyüktəpə yaşayış yeri (Biləğan kəndi), Gültəpə (Qaraxanlı kəndi).
    • Antik dövrün qalıqları: yaşayış yeri (e.ə.V-II minilliklər, Təzəkənd kəndi), yaşayış yeri (e.ə. I minillik, Arazbar kəndi), yaşayış yeri (e.ə. I minillik, Qiyaməddin kəndi), yaşayış yeri (Hüsülü kəndi), Səngərtəpə yaşayış yeri (Sarıcalı kəndi), Törətəpə yaşayış yeri (Şənlik kəndi).
    • Orta əsrlərin qalıqları: böyük qəbiristanlıq (Hacılar kəndi).
  • Yerli əhəmiyyətli arxeoloji abidələr: Solaxaytəpə kurqanı (XVIII əsrin 40-cı illəri, Boyad kəndi), Xımılı təpələri yaşayış yeri (İmanqulubəyli kəndi).
  • Memarlıq abidələri: yerli əhəmiyyətli Məscid (XX əsr, Ağcabədi şəhəri), Böyük Vətən Müharibəsində həlak olmuş ağcabədililərin Xatirə abidəsi (XX əsr, Ağcabədi şəhəri).


Görkəmli şəxsləri

  1. Üzeyir Hacıbəyov - bəstəkar
  2. Əfrasiyab Bədəlbəyli - bəstəkar
  3. Şəmsi Bədəlbəyli - bəstəkar
  4. Tofiq Bəhramov - futbolçu, hakim (1966-cı il dünya çempionatında final oyununun hakimi)
  5. Zülfü Adıgözəlov - müğənni
  6. Vasif Adıgözəlov - bəstəkar
  7. Ramiz Adıgözəlov - bəstəkar
  8. Mütəllim Mütəllimov - xanəndə
  9. Yaqub Məmmədov - xanəndə
  10. Şəmil Cəmşid - alim-şərqşünas
  11. Hacıməmmədhüseyn Hacıyev - Qaradolaq qoyun cinsini yetişdirən alim
  12. Fəqan Əliyev - texnika elmləri doktoru
  13. Ağakişi Kazımov - professor
  14. Xəqani Məmmədov - ADV-da professor
  15. Elbrus Əhmədov - alim
  16. İsi Məlikzadə - yazıçı
  17. Əzim Piriyev - Nazirlər Kabinetində şöbə müdiri
  18. Sabir Novruzov - mahir muğam ifaçısı. Azərbaycan respublikasının əməkdar artisti
  19. Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü.
 
2010.02.10 3w.E-AgcAbedI.tK adinda sayt yaradilmisdir.Bu sayt Agcabedi seherinin adina yaranmisdi .Saytin Admini:      Emil Qasimov Eldar ogludur (RenR).
Поиск
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz