|
Onlayn: 1 Qonag: 1 Istifadeci: 0
|
|
|
|
|
Главная » 2010 » Апрель » 5 » Futbol Həyatdır
|
Son günlərdə yaşanan və cəmiyyətin
daxilində qarşılıqlı gərginliyə gətirib çıxaran və iç qarardan
hadisələrdən bir müddətə qaçacağınız bir sığınacaq var indi: Futboldur
adı.
.ƏzƏli rəqabət heç olmasa bir neçə günlüyünə, ən yandırıcı gündəmi belə
təslim ala bilirsə, illərdir söylədiyimiz kimi tək bir səbəbi vardır.. Çünki
Futbol Həyatdır.. Və
yol göstərər öz rotasında, həyatın hətta siyasətin seyri səfərinə.. Tam
yumrunun yaşıl sahədəki macərasıyla çox da maraqlanmayanların, bu
Fənər-Cimbom,İnter-Xəzər açılam müddətindən öyrənəcəkləri çox şey
vardır. Diqqətlə
baxsınlar bu əzəli rəqabətin şifrələrinə: Futbolun iddia edildiyi kimi
kütlələrin gözlərini yumduğu deyil xəbərdar etdiyini, ayırdığını deyil,
birləşdirdiyini görəcəklər. Ən
pis materialdan hazırlanmıs top, ən üstün texnologiyayla çıxarılmış
silahlardan daha yaxşıdır.. Və
bir üst şəxsiyyətin ifadəsidir futbol tərəfdarlığı.. Söz gəlişi mən
Fənərbaxçalıyam.. Amma mənim futbol sahəsindəki ilk şəxsiyyətim tutduğum
komanda ilə əlaqədar deyil. Üst şəxsiyyətim tərəfdarlığımdır.. Bu
məzmunda, biz Qalatasaraylılar, Fənərbaxçalılar,
Beşiktaşlılar,Xəzərlilər,İnterlilər və o biri tərəfdarlarla eyni qrupda
iştirak edərik əslində.. Bir-birimizi
anlarıq.. Bir-birimizə daha yaxınıq.. Davranış kodlarımız bir-birinə
çox bənzər. Hansı komandanı tutduğumuz ikinci bir fakt, ikinci dərəcədə
bir alt şəxsiyyətdir. Əsl
fərqliliyimiz, heç bir komandanı tutmayan və futbolla
maraqlanmayanlarla aramızda olan dərin uçurumlardır. "Hansı komandanı
tutursan?" Sualına aldığımız "Fənər, Cimbom" cavabı bizi hirsləndirməz
əslində..

Amma, " mən komanda tutmuram, futbolla
maraqlanmam" cavabı soyuq bir küləyin, dərmansız bir xəyal qırıqlığının
səbəbi olar aramızda.. qəmli bir boşluqdur tanış olduğumuz.. Danışacaq,
mübahisə, müzakirə edəcək, dalaşacak bir şey tapa bilməzsiniz.. Bu
həftə sizin üçün yaxşı bir fürsət ey o biri cinahdakılar, yəni heç bir
rəngin sevdasına və əslində həyata yapışa bilməyənlər.. Bu sizin üçün
yaxşı bir fürsət.. Gəlin birləşin futbola tutqun olmanın və futbol
vətəndaşlığının üst şəxsiyyətində..
Futbolu dirəkə, həyatı auta atmayın.. O ortaq şəxsiyyət kəşfini,
cəbhədə yəni tribunada, amma qarşı komandanın tribunasında sınamışdım
bir vaxtlar.. Əslində
futbolun alt şəxsiyyəti, yəni bir sıra tərəfdarlığı qəribə bir şey.
Lumpen sayıla biləcək bir tərəfdarla bir professorun ifadəsi eyni ölçüdə
və müstəvidə görüşə bilir. Tutduğunuz
komandanın tribunalarında oturarkən, fikirləriylə inanclarıyla heç
uyğunlaşmadığınız bir insanla qol qola girib qucaqlaşa bilirsiniz. Bu
qədərlə qalsa yaxşı, qarşı tribunada eyni inanc, eyni iddia, eyni
məqsədlər uğruna bəlkə birlikdə ölümə belə gedə biləcəyiniz insana, can
yoldaşınıza da düşmən kəsilirsiniz sanki o 90 dəqiqədə.. Bura
qədər olanları hər kəs bilir.. Amma ya yerlər dəyişsə? Bəli.. Mən bir
dəfə yerimi dəyişdirdim.. Tərəfdarlığını
deklare etmiş biri olaraq, bir deplasman matçında zəruri olaraq qarşı
komandanın tribunasında, həm də ən atəşli tərəfdarların arasında
oturdum. Narahatlığım keçib, bir müddət sonra vəziyyətimə alışınca, sağa
sola baxınmaya başladım. yanı başımda, qulağımın dibində edilən
danışmalara qulaq asdım. Heyrət..
Az qala tək bir sözü belə fərqli deyildi.. Bu komandanın
tərəfdarlarını, bizim komandanın tərəfdarlarından ayıran az qala tək bir
xüsusi şərhə, xüsusi bir şüara, xüsusi bir mahnıya, xüsusi bir küfrə,
xüsusi bir əl hərəkətinə rast gəlmək mümkün deyildi. Əslində,
bir-birlərini nə qədər düşmən görsələr görsünlər birlikdə gedirdilər bu
yollarda, birlikdə islanırdılar yağan yağışda.. Çünki üstlərinə yağan
yağış və əsən külək, tribuna və tərəfdar ayırmırdı. Onları
ayırdığı sanılan şey, əslində onların ortaq məxrəci idi: Tərəfdar
olmaq.. Neçə əsrdir, Neçə on ildir döyüşüb mübahisə edir insanlar bu
torpaqların üzərində.. Bir müddət, yalnız bir müddətə qarşı tribunaya
keçib deyilənlərə qulaq asılsa, hər şey kəşf ediləcək ayan bəyan.. Ayıran
şüarlar və mahnılar birləşdirəcək ayrılanları.. Bizim gəncliyimizdə,
kənar səmtlərdən stadiona qalxan mikroavtobusların müavinləri: " Matça
matça" deyə qışqırardılar.. İndi də eləmi bilmirəm.. Amma, mikroavtobus
qalxır işdə, tələsin.. Yetişin bazar günkü o böyük matça.. Və vaxt
keçmədən görüşün futbolun üst şəxsiyyət tərəfdarlığında..

Sevdalanın FUTBOLA
|
|
Категория: Heberler |
Просмотров: 1044 |
Добавил: RenR
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|