Главная » 2010 » Февраль » 10 » Bakıda səfir qarət edildi
16:55 Bakıda səfir qarət edildi |
Macarıstanın ölkəmizdəki səfiri Jeno Borosun mobil
telefonu aparılıb
Bakıda səfirlərin biri naməlum şəxs tərəfindən
qarət edilib. Lent.az-ın "musavat.com”a istinadən verdiyi məlumata görə,
hüquq-mühafizə orqanlarındakı mənbə qarət olunan səfirin Macarıstanın
ölkəmizdəki səfiri Jeno Boros olduğunu bildirib. Hadisə bir neçə gün
öncə günün ikinci yarısında İçərişəhərdə baş verib. Bir nəfər naməlum
kişi Macarıstanın ölkəmizdəki səfiri Jeno Borosa yaxınlaşaraq zəng etmək
üçün ondan telefonunu istəyib. Səfir humanistlik edərək mobil
telefonunu həmin şəxsə verib. Naməlum şəxs telefonu aldıqdan sonra zəng
etmək adı ilə ondan bir az aralanıb. Bir neçə dəqiqədən sonra isə
naməlum şəxs səfirin diqqətinin yayındığını görərək qəfildən hadisə
yerindən qaçıb. Səfir isə hadisə haqda hüquq-mühafizə orqanlarına
məlumat verib.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilib
yaxalanması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları
əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı araşdırma
aparılır.
E-AgcAbedI.tK
|
|
Категория: Heberler |
Просмотров: 762 |
Добавил: RenR
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|